Bu insanlara qarğıdalı yemək olmaz
12 İYUL
635

Bu insanlara qarğıdalı yemək olmaz

Bişmiş qarğıdalı yayın ən ləzzətli təamıdır.

Lakin qarğadalının çoxsaylı faydalarına baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı bu tərəvəzin istehlakı arzuolunmaz sayılır.

Tibb.fins.az sizə bu pozulmaların siyahısını təqdim edir:

- Qarğıdalının çoxlu miqdarda istehlakı qanın qatılaşmasına gətirib çıxardır. Bu səbəbdən qan laxtalanması sistemində problemləri olan, tromblaşmaya meylli, tromboflebitdən (damarların iltihabı) əziyət çəkən insanlar qarğıdalının istehlakını minimuma çatdırmalıdır.

- Köpə, meteorizmə, həzmsizliyə meylli olan insanlar da qarğıdalının istehlakını məhdudlaşdırmalıdır.

- Nadir hallarda olsa da qarğıdalı allergiyaya səbəb ola bilər.

- Qarğıdalı kifayət qədər kalorili məhsuldur və bu səbəbdən artıq çəkidən və piylənmədən əziyyət çəkən insanlar qarğıdalı yeməməlidir.

- Mədə və 12 barmaq bağırsağı xora xəstəliyi zamanı (kəskinləşmə dövründə) qarğıdalı yemək olmaz.  

Bundan əlavə südverən analar da qarğıdalının istehlakından imtina etməlidir. Bu körpələrdə köp və qarın ağrılarına səbəb ola bilər.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır