Daim formada qalmaq istəyənlər üçün
16 İYUL
176

Daim formada qalmaq istəyənlər üçün

Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.

1.Porsiyaları kiçildin
Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.

2. Çayı və qəhvəni şəkərsiz için
Hər gün 5 qənd istifadə etdiyinizi hesablasaq, 100 kalori enerji qəbul etdiyinizi görəcəksiniz. Hər gün 100 kaloridən əl çəkərək ayda 3, ildə isə 36 min 500 kaloridən azad ola bilərsiniz. Bu isə ilin sonunda 5 kq arıqlamaq deməkdir.

3. Salatların yağına diqqət
Yeməklərdən əlavə salatlarda istifadə etdiyiniz yağa diqqət edin. Gündə 1 qaşıqdan artıq zeytun yağı istifadə etməməyə çalışın. Yağdakı kalorini azaltmaq üçün sirkə və ya ədviyyatlardan istifadə etmək olar.

4. Paxlalı qidalar
Həftədə ən azı 1-2 dəfə mərcimək, quru lobya, noxud kimi qidalar qəbul etməyə çalışın. Adıçəkilən qidalardan siz ancaq suda bişirmək yolu ilə salatlarda da istifadə edə bilərsiniz. Proteinlə zəngin paxlalılar bağırsağın fəaliyyətini tənzimləyir.

5. Doymuş yağ
Süd məhsulları alarkən onların az yağlı olanları seçməyə çalışın. Bununla gün ərzində alınan kalorinin miqdarını azaltmaq sizin öz əlinizdə olacaq.

6. Spirtli içkini azaldın
Spirtli içkiyə meyillisinizsə, şəraba üstünlük verin. Araq, viski kimi spirtli içkilərdə spirt 45-50 faiz olsa da, şərabda bu, 12-15 faizdir. 1 qram yağda 9, içkidə isə 7 kalori var.

7. Səhər yeməyini dəyişin
Eyni tipli qidalanmayın. Fərqli dadları sınayın. Bəzən səhərlər meyvə və yoqurt, bəzən pendir-çörək, bəzən isə yumurta, yulaf, süd kimi qidalar qəbul etməyə çalışın.

8.Yumurta yeyin
1 yumurtanın sarısı ilə 3 yumurtanın ağını qarışdırın. Bununla da daha az yağ və xolesterol, daha çox protein və kalsium qəbul edə bilərsiniz.

9. Aclığı ayırın
Aclıq fiziki və duyğusal olur. Cəsarətli olun və onları ayırmağa çalışın. Duyğusal aclıq daha çox gecə vaxtı müşahidə edilir. Bir az ehtiyatlı olmağa çalışın.

10. Kalori hesablamayın
Kalori hesablamaq yerinə sağlam qidalar yeməyə çalışın. Hər dəfə yeməkdə 5 əsas qida qrupunun nümunələrinin olmasına diqqət edin. Bunlar süd-yoqurt, ət-balıq-toyuq, çörək və un məhsulları, tərəvəz və meyvədən ibarətdir.

11. Düşüncəni dəyişin
Həyat tərzinizi və düşüncənizi yeniləyin. Sağlam qidalanmağı həyatınızın bir hissəsi halına gətirin.

12. "Ya həmişə, ya heç vaxt" deməyin. Bəzən pəhriziniz siz istəmədən belə pozula bilər. Ancaq "artıq pəhriz pozuldu" deyə onu dayandırmayın. Növbəti gündən pəhrizə və ya sağlam qidalanma rejiminə davam edin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır