Qarpızın tumlarını yemək olarmı – Faydaları
16 İYUL
280

Qarpızın tumlarını yemək olarmı – Faydaları

Uzun illər belə bir mif yayılmışdı ki, qarpızın tumlarını yemək appendiksi iltihablandırır, appendisit ağrıları gətirir. Lakin sonradan bu elmi sübutunu tapmadı.
İslam dininə görə, qarpızın tumları lətin içərisində səpilmiş halda olduğu üçün onları çıxarmaq yox, yemək lazımdır.  
Tibb.fins.az Qarpız tumlarının faydalarını təqdim edir:
Bu tumlar çox sayda amin turşuları ilə zəngindir. Doymamış yağ turşuları ilə xolesterinin toplanmasının, aterosklerozun qarşısını alır.
Qarpız tumları bağırsaqlardan qurdları qovur. 
Prostatit və sidik kisəsi iltihabını sağalda bilir
Duzları qovur
Qapız tumları E, C, B1, A vitaminləri, kaliy, kalsium, nartirum, dəmir ilə zəngindir. 
Tərkibində olan polisaxaridlər lipid mübadiləsini artırır, orqanizmdən zərərli maddələri çıxarır.
Əks göstərişi: 
Qarpız fosfaturiyası – sidik kisəsində daş olanlara olmaz. Həmçinin bağırsaq koliti,  mədəsində xora olanlar yeməməlidir. 
©Medicina.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır