Bədənin immunitetini gücləndirən qidalar - Xəstələnmək istəməyənlər oxusun
14 AVQUST
912

Bədənin immunitetini gücləndirən qidalar - Xəstələnmək istəməyənlər oxusun

Bir çox məhsullar müntəzəm şəkildə qəbul edildikləri halda immuniteti gücləndirmək xüsusiyyətinə malikdirlər.
Tibb.fins.az həmin məhsulları sizə təqdim edir:
Süd məhsullarından kefir və bioyoqurtlar çox xeyirli hesab olunur. Araşdırmalar zamanı müəyyən edilmişdir ki, gün ərzində 150 qram kefir və ya yoqurt qəbul edilməsi soyuqdəymə ilə xəstələnmə riskini azaldır. Bunun səbəbi isə həmin məhsulların təsirindən orqanizmdə viruslarla mübarizədə aktiv şəkildə iştirak edən interferonun hazırlanması daha da artır.
Brokkoli, gül kələm, baş kələm, brüssel kələmi, ağ turp kimi bitkilər betakarotin maddəsi ilə zəngindirlər. Betakarotin isə selikli qişaları, xüsusən də ağ ciyərləri və həzm sistemi üzvülərini xərçəng hüceyrələrindən və sərbəst radikallardan qoruyur.
Sarımsaq, soğan mikroblar və viruslara qarşı olan mübarizədə, orqanizmə hədsiz dərəcədə kömək edir. Bunlar immunitetin yüksəldilməsi üçün ən güclü məhsullar hesab olunur. Qrip epidemiyası zamanı bu məhsulların müntəzəm şəkildə qəbul olunması sizi bu xəstəliyə yoluxmadan qoruya bilər. Qəbul etməkdən əlavə epidemiya zamanı evin müxtəlif yerlərində nəlbəkilərdə xırda doğranılmış soğan və sarımsaq qoyması da yaxşı nəticə verir.
Dəniz məhsulları da immunitetin gücləndirilməsində böyük rol oynayır. Qızılbalıq, tunes və s. balıqlarında orqanizm üçün çox xeyirli hesab edilən maddələr vardır. Onlar həmçinin, arteriyaların divarında olan xolesterin yığınlarının təmizlənməsində də iştirak edirlər ki, bu da gələcəkdə ürək xəstəlikləri riskini azaltmış olur. 
Badam – immun sisteminin optimal şəkildə fəaliyyət göstərməsi üçün tələb olunan amin turşularının və yağ turşularının ən yaxşı təbii mənbələrindən biridir. 
Bal, arı südü, arı tozu, propolis təbii immunostimulyatorlar sayılır. Onların müntəzəm şəkildə istifadə edilməsi yaxşı nəticələr verir.
Limon, portağal, narıngi, kivi, itburnu, cəfəri, şüyüd, duza qoyulmuş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin C) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorlarının təsirindən qoruyur. Bundan başqa askorbin turşusu həmçinin, orqanizmə daxil olan antigenlərə qarşı anticisimlərin hazırlanmasını sürətləndirir və tam dəyərli immun hüceyrələrinin hazırlanmasına zəmanət verir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır