Pomidorla da arıqlamaq olar
20 SENTYABR 2018
561

Pomidorla da arıqlamaq olar

Kim pomidordan imtina edə bilər?! Pomidor salatda, şorbada və sadəcə tərəvəz kimi çox ləzzətlidir. Onu pörtlətmək, qızartmaq, turşuya qoymaq olar, həmçinin onun vasitəsilə arıqlamaq da mümkündür. Pomidor pəhrizi ilin isti aylarında daha güclü təsirə malikdir. Bu pəhriz qışda da effektivdir, amma qış pomidoru yaydakına dad və vitamininə görə uduzur.

Ucuz və keyfiyyətli

Fins.az pomidor pəhrizi bütün pəhrizlər arasında ən ucuzu və əlverişlisidir. ANS PRESS "Aysel" jurnalına istinadən oxuyucularına pomidor pəhrizini təqdim edir. Sizə 1,5 kq miqdarında pomidor lazımdır, onu 4 hissəyə bölərək gün ərzində qəbul etməlisiniz. Bir günə bir kq itirəcəksiniz. Belə effektivliyinə görə pəhriz 2 gün üçün nəzərdə tutulub. Ən cəsarətli xanımlar 3 gün də tuta bilərlər, amma bundan çoxuna icazə verilmir.

İkinci variant
Daha bir pomidor pəhrizi var ki, birinci ilə müqayisədə daha doyumlu və asan olsa da, elə də effektiv deyil. İki həftə ərzində 5 kq arıqlamaq olar.
Səhər yeməyi: Bir stəkan pomidor şirəsi, üzərinə yağsız kəsmik çəkilmiş iki dilim qara çörək, meyvə.
Nahar: Bir stəkan pomidor şirəsi, 100 q suda bişirilmiş düyü (yağsız), tərəvəz, alma, 100 q suda bişirilmiş balıq.
Şam yeməyi: Mal qiyməsindən kotlet, tərəvəz, 50 q suda bişirilmiş düyü, bir stəkan pomidor şirəsi.
Bu pomidor pəhrizini 2 həftədən çox saxlamaq olmaz. Yalnız fasilədən sonra yenidən pəhriz saxlamağa icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır