Bu qadınların həddindən artıq yeməsi təhlükəlidir
21 SENTYABR 2018
485

Bu qadınların həddindən artıq yeməsi təhlükəlidir

Honkonq Universitetinin alimləri yeni tədqiqatların nəticəsinə əsasən bildiriblər ki, hamilə qadınların həddindən artıq yeməsi təhlükəlidir. Belə ki, bu uşaqlarda şəkərli diabetin yaranmasına səbəb ola bilər.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatlar 900 hamilə üzərində aparılıb. Araşdırmalardan bəlli olub ki, həddindən artıq yemək orqanizmin yüklənməsinə səbəb olur və ana bətnindəki uşaqda insulinə qarşı müqavimət artır. Bu da ikinci tip diabetin inkişaf etməsi ilə nəticələnə bilər.

Çin alimləri eyni zamanda onu da qeyd ediblər ki, şəkərli diabet uşaqlarda özünü yeddi yaşadək büruzə verə bilər. Bu səbəbdən mütəxəssislər qadınlara hamiləlik müddətində düzgün qidalanmağı və çəkilərinə nəzarət etməyi məsləhət görürlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır