Sağlam yumurta necə müəyyən olunur?
24 SENTYABR 2018
572

Sağlam yumurta necə müəyyən olunur?

Hər yumurtanın sarısı eyni olmur. Bəziləri açıq sarı rəngli, bəziləri isə narıncı tonlardadır.

Fins.az xəbər verir ki, şəhərdə yaşayan insanlar üçün sağlam yumurtanı müəyyən etmək asan deyil.

Sağlam yumurta adətən təbii olaraq bəslənən və sərbəst gəzən toyuqlardan alınır. Sərbəst gəzən toyuqlar gün işığı görür və qaranlıq şəraitdə böyümür. Təbii şəraitdə böyüdükləri üçün yumurtaların qida dəyəri də yüksək olur. Belə toyuqdan alınan yumurtanın sarısı adətən narıncı rəngli olur.

Sarısı açıq rəngli olan yumurtalar isə adətən fabrik yumurtasıdır və bu yumurtaların təəsüf ki, sağlamlığa heç bir faydası yoxdur. Hətta belə yumurtaların sağlamlığa mənfi təsiri olma ehtimalı da yüksəkdir. Bu yumurtaların toyuqları günəş işığı görmədən böyüdülür və təbiətdən tamamilə kənardırlar.

Hər gün iki ədəd yumurta yeyərək yaddaş itkisinin qarşısını almaq mümkündür. Yumurtanın tərkibində “kolin” adı verilən maddə var və bu maddə beyinin ən əhəmiyyətli quruluş materiallarından biridir. Davamlı yumurta yemək göz sağlamlığını da qoruyur. Yumurtanın tərkibində balıq yağında olduğu qədər D vitamini var. Hər gün davamlı olaraq yumurta yedikdə bu ehtiyacınızı qarşılaya bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır