Bu qida depressiyaya səbəb olur
28 SENTYABR 2018
821

Bu qida depressiyaya səbəb olur

Fastfood və digər sağlam olmayan qidalarla qidalanmaq depressiyaya səbəb olur.

Tibb.fins.az xəbər verir ki, bu İspaniya, Britaniya və Avstraliya alimlərinin birgə araşdırması nəticəsində müəyyən edilib. Ən xeyirli və eyni zamanda psixi sağlamlıq üçün faydalı olan pəhriz isə balıq, tərəvəz, meyvə və fındığın daxil olduğu pəhriz hesab edilib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, alimlər depressiya ilə qidalanma rasionunun əlaqəsinə həsr edilmiş 41 elmi iş üzərində araşdırma aparıblar. Müəyyən edilib ki, qidalanma insanın psixi vəziyyətinə təsir edir.

Tərkibində yağ və şəkər olan yarımfabrikatlar təkcə mədədə deyil, eyni zamanda bütün orqanizmdə xroniki iltihablaşma prosesinin yaranmasına səbəb olur. Fastfood siqaret çəkmə, fiziki hərəkətin olmaması, piylənmə və çirkli ətraf mühit qədər təhlükəli hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır