Əsl zeytun yağı necə olmalıdır?
08 OKTYABR 2018
569

Əsl zeytun yağı necə olmalıdır?

Zeytunun əzilib sıxılması və qara su adlanan hissəsinin ayrılması nəticəsində yağ əmələ gəlir. Zeytun yağı tamamilə fiziki üsullarla istehsal olunur və burada heç bir kimyəvi vasitədən istifadə edilmir.

Tibb. fins.az Milli.Az-a istinadən bildirir ki, sızma üsulla əldə olunan, yəni rafinə edilməmiş zeytun yağının bir çox üstünlükləri var.

Yeməklərə və salatlara digər yağların çox tökülməsi orqanizmdə xolesterinin səviyyəsini yüksəldir. Bunun tərsi olaraq zeytun yağının istifadəsi yüksək xolesterini aşağı salır.

Başqa yağların çoxluğu mədədə qıcqırmaya səbəb olduğu halda zeytun yağı yüksək turşuluğu azaldır.

Zeytun yağını çox yedikcə öd və böyrəkdə olan daşlar tədricən əriyir.

Başqa yağlardan fərqli olaraq zeytun yağı heç vaxt piylənmə və kökəlməyə səbəb olmur.

Əsl zeytun yağı soyuducunun buzxanasında kərə yağı kimi bərkiyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır