Ən ziyanlı qidalar bunlardır
17 OKTYABR
640

Ən ziyanlı qidalar bunlardır

Diyetoloqlar ən ziyanlı qidaların siyahısını tərtib edib.

Alimlər sübut edir ki, bu məhsulların müntəzəm istehlakı insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, xüsusilə də ürək-damar sistemi və xərçəng xəstəliklərinin riskini artırır, insanın ömrünü qısaldır.

1. Kolbasa və sosis. Bu xüsusilə ucuz məhsullara aiddir ki, onların tərkibində ətin miqdarı daha az və keyfiyyəti daha aşağı, kimyəvi qatqıların miqdarı isə daha çoxdur. Belə kimyəvi qatqıların bir çoxu kanserogen xüsusiyyətlərə malikdir.

2. Fosfat və transyağlarla (marqarin və s.) zəngin olan ucuz yarımfabrikatlar.

3. Ucuz pendir. Belə pendirlərin tərkibində marqarin çoxdur. Marqarin isə ürək-damar sisteminin əsas düşmənlərindən biridir.

4. Dəmir bankalarda konservlər (balıq, ət, tərəvəzlər və s.). Belə məhsulların tərkibinə ağır metallar düşə bilər. Orqanimdə toplanaraq ağır metallar bir çox pozulmaların və xüsusilə də xərçəngin riskini artırır.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır