Hər gün 3-4 ədəd yesəniz...
17 OKTYABR
358

Hər gün 3-4 ədəd yesəniz...

Hər səhər 3-4 ədəd qoz yeməyin nə qədər xeyirli və faydalı olduğunu bilirsinizmi?

Tibb. Fins.az qozun faydaları barədə məlumat verir:

1. Zehni qüvvətləndirir, qavramanı artırır.

2. Tərkibində omeqa-3 maddəsi olduğu üçün ürək damarlarının daralıb tıxanmasının qarşısını alır. Ürək ritmini yaxşılaşdırır. Damarlarda daha az laxtalanma olan qan tipinin yaranmasına və yaxşı xolestrol nisbətinin pis xolestrol nisbətinə görə artmasına kömək edir.
3. Döş xərçəngi başda olmaqla, bir çox xərçəng növünə tutulma riskini azaldır. Öd daşının meydana gəlməsinin qarşısını alır.

4. Qozun tərkibindəki melatonin gecə işləyən zaman yuxu pozğunluğu çəkən şəxslərdə narahatlığı aradan qaldıra bilir.

5. Qoz sinir sisteminə zərər verən parkinson kimi xəstəliklərin inkişafını aradan qaldırır. Orqanizmi manqan və mislə təmin edir.

Axşama.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır