Sağlamlığınıza dəyər verirsinizsə bunları edin - Dr.Aslan Abdullayev
05 NOYABR
491

Sağlamlığınıza dəyər verirsinizsə bunları edin - Dr.Aslan Abdullayev

Bu gün inkişaf etmiş ölkələrdə ictimai iaşə obyektlərinin sayı və fastfuda tələbat artır. Analoji vəziyyət Azərbaycanda da müşahidə olunur. Ölkəmizdə fastfud yeniyetmə və uşaqlar arasında populyarlıq qazanıb. Uşaqlarına   hamburger və qızardılmış kartof alan valideynlər sonradan bir sıra problemlərlə qarşılaşır – onlardan ən əsası piylənmədir. Fastfudun tərkibinə çoxlu miqdarda əlavə qida maddələri daxildir ki, onların bəzisi orqanizmə mənfi təsir göstərir. Fastfud hazırlanarkən demək olar ki, həmişə yağdan istifadə olunur. Emal olunduqdan sonra ondan çoxlu miqdarda kanserogen elementlər ayrılır. Tərkibində doymuş yağların olan ərzağın kalorisi yüksək olur və bu da bir sıra xəstəliklərə səbəb olur. Əlbəttə heç kim demir ki, fastfuddan imtina etmək lazımdır. Sadəcə sağlamlığınıza dəyər verirsinizsə onlardan mümkün qədər az yeməyinizi tövsiyyə edirik.

Müəllif: Op.Dr. Aslan Abdulla

www.100yasha.az

Facebook: https://www.facebook.com/opdraslanabdulla

Instagram: https://www.instagram.com/dr.aslanabdulla

Youtube: https://www.youtube.com/user/alipauk

Əlaqə nömrəsi:  (+99450) 550-88-82  (+99412) 514-40-00

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır