Artıq çəki problemi hansı xəstəlikləri yaradır? - Op.Dr.Farid.Rafiev
06 NOYABR
516

Artıq çəki problemi hansı xəstəlikləri yaradır? - Op.Dr.Farid.Rafiev

Artıq çəki problemi ümumiyyətlə artıq, 21-ci əsrin ən böyük problemlərindən biridir. Nəticə etibarilə əhalinin 3/1, 16 yaşa qədər uşaqlar və yeniyetmələrin 50 %- i artıq çəkidən əziyyət çəkir. Bu dünya statistikasıdır. Eyni zamanda dünya statistikasına görə bu problem getdikcə artmaqdadır və 2050-ci ildə, artıq yer kürəsi əhalisinin yarıdan çox hissəsi artıq çəkidən əziyyət çəkəcəkdir. Hazırda 7 milyard əhalinin, 2 milyardı bu xəstəlikdən əziyyət çəkir. Bu tendensiya davam edir və Azərbaycanda istisna deyil. Ümumiyyətlə iqtisadi inkişaf etmiş ölkələrdə bu proses özünü çox qabarıq şəkildə büruzə verir. Ayaqüstü yeməklər, şirin, sərinləşdirici içkilər və düzgün qidalanma rasionunun pozulması nəticəsində əmələ gələn kalorilər yığılaraq, artıq çəkiyə səbəb olur. Onunla bərabər olaraq, Metobaliksindrom dediyimiz xəstəliklər toplusunu yaradır. Bunlar nədir? İkincili tip şəkərli diabet, yüksək təzyiq, qaraciyərin yağlanması, oynaqlarda olan şikayətlər, bel şikayətləri, qaraciyər problemləri ilə bərabər ürək qan-damar sistemi kimi problemlər ilə bağlı şikayətlər daha çoxdur və getdikcə artmaqdadır. 

Müəllif: Op.Dr.Farid.Rafiev

https://www.facebook.com/Op.Dr.Farid.Rafiev

https://www.facebook.com/drrafievfarid

Əlaqənömrəsi: (050) 235 74 55

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır