Qarın ətrafındakı piyi necə əridək? - Genetikdir, yoxsa..?
06 NOYABR
178

Qarın ətrafındakı piyi necə əridək? - Genetikdir, yoxsa..?

Qarın ətrafı piylər genetikdir, yoxsa qeyri-sağlam qidalanmanın nəticəsidir? 
İkisi də. Amma genetik mirasınız olmasına rəğmən, qarın ətrafında piylərin olmamasına nail ola bilərsiniz.  
Medicina.az xəbər verir ki, qarında və bel ətrafındakı piylər çox zaman metobolizma problemindən xəbər verir. Bu insanların çoxunda insülinə qarşı mübarizə gücü zəifdir. 
Hazırda hər 4 nəfərdən birində bu problem var. Özünü sapsağlam hiss edən gəncdə belə insülinə qarşı mübarizə gücü zəif ola bilər.  
O genetik düyməyə tıklasanız insülinlə mübarizə gücü məhv olur, gen aktiv olunur və qarın şişməyə, bel enlənməyə, boyun yoğunlaşmağa, buxaq isə sallanmağa başlayır. Şəkərli və un məmulatlarını yemək, hərəkətsiz, kresloya bağlı vəziyyətdə yaşamaq genetik problemlərə bir növ dəvətnamə göndərmiş olur.  
BƏS QARIN PİYLƏRİNİ ƏRİTMƏYİN YOLU VAR? 
•Qarın ətrafı piyi sürətlə əridən bir üsul yoxdur. "Bu cihazla 10 seansa qarın ətrafı piylərdən azad olun”, "Bu bitki sizi qarın piyindən xilas edəcək” və s. kimi reklamlar hamısı yalandır. 
•Cihazlar 2 sm-lik piylətə təsir edir ki, bu yağların da insülinə qarşı müqavimət gücünüzlə əlaqəsi yoxdur.
•Normal yeniyetmənin orqanizmindəki yağın 80 faizi dəri altında, 20 faizi isə qarnın içindədir. 
•Dəri altındakı yağı 50 faiz artırsanız, ürəyinizə, damarınıza, ömrünüzə zərər gəlməyəcək, amma ayaqlar şişəcək. Daxili piyin isə 20 faizdən 25 faizə çıxması belə təzyiqi yüksəldir, şəkəri qaldırır. 
 
Qarın ətrafınızdakı piyi ölçmək üçün:
•Ölçünü tam göbəyinizdən qoyun və ölçün.
•Qadınlarda 88 sm, kişilərdə isə 98-100 sm-dən artıq olmamalıdır.
•Bel ölçünüzü qalçanızın ölçüsünə bölün.
•Alınan rəqəm qadınlarda 0,8, kişilərdə isə 1-dən çox olmamalıdır. 
QARIN ƏTRAFI PİYİ ƏRİTMƏNİN 3 YOLU! 
•Əvvəlcə şəkəri rasionunuzdan çıxarın.
•Şəkərli hər cür içkiylə vidalaşın. Meyvə sularını, qazlı içkiləri də həmçinin.
•İçində un olan bütün qidalardan 1 ay uzaq olun. Makaron, düyü də yeməyin. 
QİDALANMA REJİMİZİNİ BU DƏQİQƏ DƏYİŞDİRİN! 
•Bol protein istehlak edib və tərəvəzlərə üstünlük verin.
•Proteininin yağsız olanını seçin. Yəni ətin yağlı deyil, əsasən bel tərəfini, toyuğun budunu deyil, döş ətini yeyin. 
•Rasionunuza tərkibində şəkər olan tərəvəzlər əlaə edin: xiyar, pomidor, bibər, çiy kök, lobya, başqa ağlınıza nə gəlirsə. 
•Nişasta və karbonhidtar ehtiyacınızı mərci, lobya ilə ödəyin.  
ŞOKOLAD ÖMRÜ UZADIR! 
•Harvard Universitetinin mütəxəssisləri şokoladın insan orqanizmi üçün faydasını çoxdan isbat edib. Amma araşdırmaya görə, şokoladın acı olanı insan üçün xeyirlidir.
•Kakaonun içindəki antioksinad möcüzə damarları qoruyur, xərçəngin qarşısını alır, təzyiqi normallaşdırır. Amma içinə süd, şəkər əlavə etsəniz, fayda deyil, zərər verir. 
•Tərkibində 70 faiz və daha çox kakao olan qara (dark yaxud bitter) şokolad yeyə bilərsiniz. 
•İdeal şokolad 85-90 faizlik kakao olandır.
•Gün ərzində 25-30 qram qara şokolad yemək ömrünüzü uzadır. 
Картинки по запросу göbek
Картинки по запросу göbek
 
İDMAN EDİN! 
•Böyük əzələlərinizi işlədəcək idman hərəkətləri edin.
•Qalça, ayaq və baldır əzələlərinizi işlədin. Çünki bu əzələlərin 80 faizi qarın altındadır.
•Gəzin, hərdən sürətlənib yarım-1 dəqiqə qaçın. 
TİROİD PROBLEMLƏRİ YAYILMAĞA BAŞLAYIB?
Çox yayılıb, bunun da fərqli səbəbləri var. Endokrinoloqlara görə, tiroid xərçəngi də artmağa başlayıb. Yayılan xəstəliklər siyahısında haşimoto birinci yerdədir. Buna səbəb isə immunitet zəifliyi, ruhi və sosial problemlərdir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır