Ürəyə bu dərmandan daha yaxşı təsir edən meyvə
24 NOYABR
333

Ürəyə bu dərmandan daha yaxşı təsir edən meyvə

Kaliumla zəngin olan xurma ürək xəstəlikləri olanlara çox faydalıdır. Bunu rusiyalı həkim-kardioloq Viktoriya Savitskaya qeyd edir.

Tibb.fins.az Saglamolun.az-a istinadla xəbər verir ki, həkimin sözlərinə görə, ürək ağrıları zamanı xurma dərmanlar qədər effektlidir. Mütəxəssis ürək ağrıları, ürək nahiyəsində narahatçılıq kimi simptomlarla tez-tez üzləşən insanlara bu halların profilaktikası üçün hər gün 1-2 xurma yeməyi tövsiyə edir.  

"Xurmanın təsiri valokardin dərmanının təsirinə oxşayır. Lakin xurma daha yumşaq təsir edir", həkim qeyd edir.  

Bundan əlavə xurma arterial təzyiqi stabil saxlamağa kömək edir. 

Varikoz xəstəliyi və yüksək xolesterindən əziyyət çəkənlər də mütləq xurma yeməlidir.

Həkimin sözlərinə görə, xurma böyrəkləri çox yaxşı təmizləyir, böyrəklərdə daşların əmələ gəlməsinin qarşısını alır, orqanizmdən artıq mayeni və natrium duzlarını xaric etməklə böyrəyin fəaliyyətini yüngülləşdirir, hipertoniyanın inkşafının qarşısını alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır