Gecə «qəlyanaltı»ları dəhşətlər bəxş edir - Piylənmə, şəkər, trombozom, təzyiq...
27 NOYABR
166

Gecə «qəlyanaltı»ları dəhşətlər bəxş edir - Piylənmə, şəkər, trombozom, təzyiq...

Tədqiqatlar göstərir ki, axşam və gecə vaxtı qida qəbulu ürək və damar xəstəliklərinin inkişafı riskini yüksəldir.
Tibb.fins.az-ın məlumatına görə, Amerika kardioloji assosiasiyasının ekspertləri belə nəticəyə gəliblər ki, gecikmiş şam yeməyi və buna bərabər tutulan gecə «qəlyanaltı»ları insan sağlamlığına neativ təsir göstərir. Tədqiqatlarda  13 min amerikalı (18-76 yaş arası) iştirak edib.
Tədqiatda iştirak edənlər anketlərini dolduran zaman məlum olub ki, onların yarısı həm gec, həm də «doyunca» yeməyə adət  ediblər. Həkimlər respondentlərdən adəti həyat tərzini davam etdirməyi, bu zaman dövri olaraq analizlər verməyi xahiş ediblər.
Məlum olub ki, gec şam edənlərin qanında acqarına şəkərin səviyyəsi yüksək olur. Həm də bu qrupdan olan respondentlərin bir çoxunda insulinin səviyyəsi və qan təzyiqi yüksək olur. Bundan başqa, gec şam edənlərdə və bu zaman qidalanmanın kaloriliyinə diqqət yetirməyənlərdə xolesterinin miqdarı da yüksək olur.
Bütün bunlar sağlamlıq üçün təhlükə yaradır və insanları piylənmə, ikinci tip şəkərli diabetin inkişafı, trombozom, hipentoniya və dəgər xəstəliklərin inkişafı ilə hədələyir.
Qeyd etmək lazımdır ki, tədqiqatda iştirak edənlərin bir çoxu özlərində «diabetdən əvvəlki» vəziyyətin əlamətlərini hiss ediblər.
Statistikaya görə, belə vəziyyətdə diabetin inkişaf tezliyi 70,0 faiz təşkil edir.
©Medicina.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır