Bu insanlar mütləq yumurta yeməlidir
27 NOYABR
252

Bu insanlar mütləq yumurta yeməlidir

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır və ürək-damar sistemi xəstəliklərinin riskini artırır.

Lakin sonrakı elmi araşdırmalar göstərib ki, bu belə deyil və yumurta nəinki xolesterinin səviyyəsini qaldırmır, əksinə ürək-damar sisteminin xəstəliklərinin riskini azaldır. Bu səbəbdən ürək və damar xəstəliklərinin, infarkt və insultun profilaktikası üçün mütləq yumurta yemək lazımdır. 

Mütəxəssislər yumurtanı soyuq fəsillərdə yeməyi tövsiyə edir ki, bu immun sistemini möhkəmləndirir.

Tibb.fins.az xəbər verir ki, arıqlamaq istəyənlər mütləq yumurta yeməlidir. Son elmi araşdırmalar göstərir ki, yumurta arıqlamağa kömək edir.

Yumurtanın istehlakı arterial təzyiqi normallaşdırmağa kömək edir.

Ağciyər xəstəlikləriniz varsa, yumurta yeyin. Alimlər sübut edib ki, yumurta ağciyərin fəaliyyətini yaxşılaşdırır.

Ziyanlı istehsalatda işləyənlər də mütləq yumurta yeməlidir.

Sinir sistemi xəstəliklərində əziyyət çəkənlərə yumurta çox faydalıdır.

Həmçinin yumurtanın istehlakı xərçəngin riskini azaldır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır