Adi yodun sadəcə 3 qramı belə insanı öldürə bilər - Suya qatıb içənlər böyük səhv edir
04 DEKABR
214

Adi yodun sadəcə 3 qramı belə insanı öldürə bilər - Suya qatıb içənlər böyük səhv edir

Yod insan orqanizmi üçün ən vacib elementlərdən sayılır. O, qalxanabənzər vəzin əmələ gətirdiyi tiroksin hormonunun tərkibinə daxildir. Orqanizmdə yod çatışmadıqda maddələr mübadiləsi pozulur, uşaqlarda boy artımı və psixi inkişaf ləngiyir. Əgər alınan qida maddələrinin və suyun tərkibində yod elementi çatışmırsa, o zaman kənardan əlavə yod preparatı qəbul olunmalıdır. Bu preparatların qəbul müddəti və dozası endokrinoloq tərəfindən müəyyən edilir. 
Lakin bəzən elə olur ki, insanlar apteklərdə satılan və xaricə tətbiq etmək üçün nəzərdə tutulan yol məhlulunu daxilə qəbul edərək bədənin yoda olan tələbatının bu cür ödəniləcəyini düşünürlər. 
Bəs əslində yod məhlulunun oral yolla qəbulu işə yarayırmı?  
Tibb.fins.az xəbər verir ki, Medicina.az suala aydınlıq gətirməyə çalışıb.  
Yod elementi birləşmələr şəklində bir çox heyvanların və bitkilərin tərkibində rast gəlinir. Hər bir yetkin insanın orqanizmində 25 mqr yod mövcuddur. Onun 8 mqr-a qədəri qalxanabənzər vəzdə, qalan hissəsi isə qanın tərkibində olur.  Qalxanabənzər vəzin ifraz etdiyi hormonun tərkibində bədəndə olan yodun 90%-i cəmlənir. Bu ferment bir sıra daxili orqanların normal işləməsini təmin edir. Yod çatışmadıqda qalxanabənzər vəz tiroksin hormonunu kifayət qədər sintez edə bilmir. Bu zaman zob adlandırılan xəstəlik meydana çıxır. Yodun əsas mənbəyi bütün dəniz məhsulları hesab olunur. Lakin termik işləmə zamanı yod parçalanır və bədən ehtiyacı olduğu qədər yod elementi ala bilmir.  
Yodun ən yaxşı qəbul vasitələrindən biri də yodlaşdırılmış duzdur. 
Amma heç bir halda apteklərdə satılan yod məhlulunu daxilə qəbul etmək olmaz. Çünki 3 qr yod kristalının və ya 30 ml yod məhlulunun birdəfəlik qəbulu insanın ölməsinə səbəb ola bilər.  
Yod tərkibli Lüqol preparatı ilə bağlı sual yaranarsa, onun da cavabı var. Belə ki, tərkibində yod olan və boğaz silmək üçün nəzərdə tutulan Lüqol məhlulu 1 hissə suyun 17 hissə kalium yodid ilə qarışığından ibarətdir. Yəni Lüqolun tərkibindəki yod məhlulu apteklərdə satılan yodun 17 dəfə zəiflədilmiş formasıdır. Bu məhlul yalnız stomatit, frontit, angina kimi xəstəliklərin müalicəsində tətbiq edilir. Boğazı silərkən udulduğu üçün həddən artıq istifadə etmək məsləhət deyil. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır