Şirin qidalanmanın acı fəsadları – Qlikasiya nədir?
14 DEKABR 2018
227

Şirin qidalanmanın acı fəsadları – Qlikasiya nədir?

Normal sağlam insanda düzgün qidalanma zamanı orqanizmə daxil olan şəkər enerji sintezinə qoşulur, digər hissəsi rezerv qlikogen şəklində qaraciyərdə toplanır. Lakin keçən əsrin sonlarından başlayaraq, hazırda geniş yayılmış karbohidrat bumu, yəni qidada daha çox karbohidratların, xüsusən tez mənimsənilib insulin sıçrayışına səbəb olan sadə şəkərlərin ifrat qəbulu, bir sıra xəstəliklərin inkişafına səbəb olmuşdur.
Tibb.fins.az Bioloji Təbabət klinikasının nutrioloq dietoloqu  Amaliya Rəhimovanın Qlikasiya barədə məqaləsini təqdim edir.
" Son illər aramsız reklam olunan uşaqlar üçün hazır qablaşdırılmış məhsulların hamısının tərkibində şəkər mövcuddur və uşaq artıq səhər yeməyi zamanı günlük şəkər normasını almış olur. 
Yanlış qidalanma sayəsində şəkər artıqlığı hansı fəsadlar törədir?
Hiperqlikemiya zamanı – karbohidratların həddən artıq qəbulu, çörək, un, şəkər məmulatları, şirin içkilər – sərbəst şəkərlər orqanizmin istənilən zülalı ilə ferment iştirakı olmadan birləşir və onların funksiya pozulmalarına səbəb olur. Mürəkkəb və çoxpilləli biokimyəvi reaksiya nəticəsində orqanizm üçün toksiki geriyədönən erkən və geriyədönməz gecikmiş Qlikasiya məhsulları (AGE) əmələ gəlir ki, bu məhsulların hüceyrədə toplanması tədricən hüceyrənin funksiya pozulmasına, sonda isə məhvinə səbəb olur. Bİoloji aktiv molekulların qeyri-fermentativ qlikozilləşməsinin diabet və qocalmanın, Bexterev xəstəliyi, Parkinson, dağınız skleroz, artroz, digər degenerative xəstəliklərin patogenezində rolu sübut olunmuşdur. 
Qlikasiya nəticəsində yaranan funksiya pozulmalarına bunlar aiddir:
-Damar divarı zədələnməsi, qan dövranı pozulması
-Kollagen zülalın zədələnməsi nəticəsində kollagen liflərinin elastikliyi zəifləyir, dəri qocalır, bağ və vətərlər boşalır, qığırdaq degenerasiyası baş verir
-Göz bülluru zülalı zədələnməsi ilə katarakta başlayır
-İmmunoqlobulinlər öz xassələrini itirdiyindən orqanizmin müdafiə funksiyası zəifləyir
-Böyrəklərin yumaqcıq aparatının zədələnməsi sinir impulslarının ötürülməsini əngəlləyir
-İnsulin qlikasiyası onun spesifik reseptorlara qarşı həssaslığını azaldır
-Makrofaq reseptori ilə birləşərək onları iltihabtörədici sitokinlərin ifrazına sövq edərək iltihab prosesinə təkan verir
-DNT və nukleotidlərin qlikozilləşməsi mutasiyalara səbəb olur
AGE orqanizmdə yaranmaqla yanaşı, xaricdən də qəbul olunur. Yüksək temperaturda sobada və ya yağda qızardılmış toyuq, kartof AGE ilə zəngin olur. Bu qidaların müntəzəm istifadəsi karbohidrat qəbulu ilə birlikdə erkən qocalmaya, xroniki xəstəliklərə səbəb olur. 
Şəkər  təkcə sağlamlığın itirilməsi deyil, gözəlliyə də xələl gətirir. Belə ki, dəri karkası olan kollagen və elastin kimi zülalların zədələnməsi dərinin erkən sallanmasına və qırışmasına səbəb olur. 
Dahi Rekkeviqin banisi olduğu biotənzimləyici təbabət orqanizmin özünütənzimləmə fəaliyyətinin bərpası sahəsində, qlikasiya məhsullarının xaric edilməsində, hüceyrələrin bərpasında uğurlar qazanmışdır. Biotənzimləyici preparat olan Glyoxal hüceyrədaxili drenaj edərək, onun qlikotoksinlərdən azad olunmasına təkan verir. 
Sağlam qidalanma prinsiplərinə müntəzəm əməl etmək, biotənzimləyici detoksikasiya proqramı ilə hüceyrə və hüceyrəətrafı sahənin toksinlərdən azad edilməsi bir sıra xəstəliklərin müalicəsi və qarşısının alınmasına səbəb ola bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır