Vegeterianlıq IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur - Bitki ilə qidalananlara xəbərdarlıq edildi
18 DEKABR 2018
276

Vegeterianlıq IQ səviyyəsinin aşağı düşməsinə səbəb olur - Bitki ilə qidalananlara xəbərdarlıq edildi

Süd məhsullarından imtina intellekt əmsalının (IQ) 13 bənd geriləməsi ilə nəticələnir. 
Tibb.fins.az tbbi nəşrlərə istinadən xəbər verir ki, bu barədə diyetoloq Helen Bond açıqlama verib. O, vegetarian gənclərin sayının artmasının gələcək nəsillərin sağlamlığına ciddi təsir göstərəcəyindən narahatlığını dilə gətirib. O qeyd edib ki, getdikcə gənclərin çoxu bitki pəhrizini seçirlər. Bəziləri ekologiyanı, bəziləri isə tibbi əks-göstəriciləri düşünərək süd məhsullarından imtina edirlər.
Lakin məlumdur ki, rasionumuzda əsas yod mənbəyini süd məhsulları təşkil edir. Balıq, yumurta, hətta ev quşları belə orqanizmdə yod ehtiyatını tam ödəyə bilmir.
Surrey Universitetinin alimləri 47 müxtəlif süd məhsulunda, o cümlədən soya, kokos, badam, düyü və yulaf südündə yodun miqdarını müəyyənləşdiriblər. İnək südü ilə müqayisədə, demək olar ki, bütün məhsullarda yodun miqdarı minimum 2 faiz azdır. Bu element qalxanabənzər vəzinin düzgün funksiyası üçün də vacibdir.
Mütəxəssislər bildirirlər ki, intellektin səviyyəsi orqanizmə qida ilə daxil olan yodun miqdarından asılıdır. Hamilə vaxtı yod çatışmazlığı uşaq üçün mənfi nəticələrə gətirib çıxara bilər.
©Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır