Zəncəfil artıq kilolardan qurtulmaq üçün ən yaxşı vasitədir - Resept
25 DEKABR 2018
279

Zəncəfil artıq kilolardan qurtulmaq üçün ən yaxşı vasitədir - Resept

Tədqiqatlara əsasən təzə zəncəfilin tərkibində olan gingerol maddəsi iştahı azaldaraq toxluq müddətini uzadır, termogenik qida olduğu üçün maddələr mübadiləsini sürətləndirərək yağları yandırmağa kömək edir.

Milli.az bildirir ki, zəncəfil eyni zamanda noradrenalin və dopaminin sintezini stimulyasiya etdiyi üçün gün ərzində daha enerjili hiss etdirərək fiziki məşqlərin daha dinc və rahat şəkildə həyata keçirilməsinə kömək edir.

Arıqlamaq üçün zəncəfili necə qəbul etmək lazımdır?

- 50 qr təzə zəncəfil kökünü soyun, sürtgəcdən keçirin, termosa tökün, üzərinə 1 l qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün, gün ərzində adi çay kimi için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün ona az miqdarda bal əlavə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır