Antibiotik müalicəsindən sonra bu qidaları qəbul edin -Bağırsaq mikroflorasını bərpa edir
14 FEVRAL
171

Antibiotik müalicəsindən sonra bu qidaları qəbul edin -Bağırsaq mikroflorasını bərpa edir

Antibiotik istifadəsi zamanı qidalanmaya fikir verməyi məsləhət görən mütəxəsisslər antibiotiklərin bağırsaqlarda olan bakteriyalara təsir göstərdiyini bildirirlər. Buna görə də, həmin zaman qidalanmaya xüsusi diqqət yetirilməlidir. 
Hər dəfə soyuqdəymə və digər infeksion xəstəliklər zamanı həkimlə məsləhətləşilmədən qəbul edilən antibiotik tərkibli dərmanlar bağırsaqların təbii mikroflorasını pozur. 
Tibb.fins.az sizə antibiotik istifadəsi zamanı yeməli olduğunuz qidaların siyahısını açıqlayır: 
Hər hansı bir bakterial infeksiyanın qarşısını almaq üçün istifadə edilən antibiotiklər bağırsaqlarda yaşayan faydalı bakteriyaların məhvinə səbəb ola bilər. Bu zaman ürək bulanma, ishal, iştahasızlıq kimi əlamətlər meydana çıxır. Antibiotik müalicəsi sonrası bağırsaqların bakterial mikroflorasının bərpası çox vacibdir. 
Probiotik tərkibli qidalar 
Probiotik bakteriyaları əsasən qatıq, pendir, kefir və turşu kimi fermentləşmiş qidaların tərkibində çox miqdarda olur. Prebiotiklər bağırsaqlardakı probiyotik bakteriyaların qidasıdır. Başqa sözlə desək bağırsaqlarda olan faydalı bakteriyaların normal fəaliyyəti üçün prebiotik tərkibli qidalar vacibdir.  
Yulaf, soğan, banan və s kimi prebiotik qidalar, probiotiklərlə birlikdə istifadə edildikdə antibiotik istifadəsi sonrası bağırsaqda olan tarazlığın bərpa edilməsinə kömək edir. 
K vitamini
Bəzi bağırsaq bakteriyaları vücudda qanın laxtalanmasında əsas funksiyanı yerinə yetirir. Bunun üçün yaşıl yarpaqlı tərəvəzlərdən istifadə edilməlidir. 
Lif
Tərkibində lif olan qidalar antibiotiklərin bədənə olan təsirini azalda bilər. Buna görə də meyvə və tərəvəzlərdən bol istifadə etmək lazımdır. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır