Diabet və ürək xəstələri üçün - Hansı çərəz nəyə faydalıdır?
12 MART
274

Diabet və ürək xəstələri üçün - Hansı çərəz nəyə faydalıdır?

Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz.  
Tibb.bins.az insan orqanizmi üçün ən faydalı çərələri sizin üçün seçib və faydalarını araşdırıb: 
1. Qoz – beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir.  
2. Yerfındığı – paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur. 
3. Badam – badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir.  
4. Püstə - bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır