Bu pəhrizlə yemək yeyib arıqlayacaqsınız - QAYDASI
15 APREL
292

Bu pəhrizlə yemək yeyib arıqlayacaqsınız - QAYDASI

Arıqlamaq üçün hər gün pəhriz saxlamağa ehtiyac yoxdur. Bu fikir həkim Krist Varadinin "Bir gündən bir pəhriz: hər şeyə imkan verən, amma çəki atdıran pəhriz” kitabında qeyd olunub.
Tibb.fins.az xəbər verir ki, həkimin kitabda yazdığına görə, vaxtaşırı aclıq lazım olan çəkiyə və sağlamlığa qovuşmaq üçün ən yaxşı vasitədir. Bunun üçün hər gün orqanizmə əziyyət verərək ac qalmağa ehtiyac yoxdur: "Mən görürəm ki, pəhriz saxlayan insanlar 2 aydan artıq müddətdə məhdud kalori ilə kifayətlənə bilmirlər. Buna görə də onların əksəriyyəti pəhrizdən imtina edirlər.  Buna görə də düşündüm ki, insanların uzun müddət saxlaya biləcəkləri pəhriz sxemi tərtib edim. Beləliklə insanlar bir gün normal qidalanaraq, səhəri bütün gün boyunca ac qalırlar. Sonra bu pəhrizin uzun müddətli ac qalmaqdan daha çox effektli olduğu üzə çıxdı”. 
Araşdırma nəticəsində məlum olub ki, bir gündən bir aclıq zamanı həmin günlərdə insan cəmi 500 kalori xərcləyir. Digər günlərdə isə insanı adi qaydada qidalanmasına baxmayaraq, yenə də çəki verməyə davam edir. 
Aclıq – orqanizmin maddələr mübadiləsini yenidən işə salır. Bu zaman bədən enerji kimi öz piy ehtiyatlarından istifadə edir. 
Pəhrizin ən çətin müddət  ilk 7-10 gün hesab edilir.  Bu müddət hətta insulin müqaviməti olan, qanda xolesterinin miqdarı və qan təzyiqi yüksək olan insanlar üçün daha uzun və çətin ola bilər. 
Təxminən 10 faiz insanlarda baş ağrıları və aclıq hissi narahatlıq yaradır.
Aclıq zamanı orqanizm enerji mənbəyi kimi şəkərdən deyil piylərdən istifadə edir ki, bu da arıqlamaq üçün ən yaxşı üsul hesab edilir. 
Əgər siz 25 kq çəkidən azad olmaq istəyirsinizsə, o zaman, təxminən 6 ay müddətində bu pəhrizə riayət etməlisiniz. Yalnız bundan sonra normal qidalanmaya keçə bilərsiniz. Lakin bundan sonra da qida rejiminə ciddi nəzarət etmək tələb olunur.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır