Hər gün şüyüd toxumu yesəz, nə baş verər – 5 təsir
15 MAY
226

Hər gün şüyüd toxumu yesəz, nə baş verər – 5 təsir

Hələ qədim təbabətdə bilicilər şüyüd toxumunu mədə göynəməsi, yaraları və babasildə məsləhət görərdilər. 
Elə indi də köp, həzm problemində uşaqdan böyüyə hər kəsin köməyinə çatan şüyüd dəmləməsini hər gün içsəniz, orqanizmdə nə baş verər?
Medicina.az şüyüd toxumunun səbəb olduğu 5 faydanı təqdim edir:
1-Yüksək təzyiqi salır – Damarları genişləndirir, qan dövranını yaxşılaşdırır, hipertoniklər üçün əla vasitədir. 
2-Bağırsaqları işlədir – çoxsaylı tədqiqatlar sübut edib ki, bütün həzm sisteminə müsbət təsir edir.
3-Şlak və toksinlərdən təmizləyir – sidikqovucu, mayeqovucu olduğundan orqanizmi təmizləyir
4-İmmuniteti möhkəmlədir – orqanizmə ümumi bərpaedici təsir göstərir
5-İstənilən nahiyədə iltihab və yaranı sağaldır – bunun üçün şüyüd toxumu dəmləməsini həm daxilə, həm xaricə tətbiq etmək, yaralara qoymaq olar.
Necə hazırlamalı?
2 çay qaşığı şüyüd toxumunu 2 stəkan qaynar suda 20 dəqiqə dəmləyirsiz. Gündə 2 dəfə yarım stəkan yeməkdən sonra içilir. Məhlul xarab olmasın deyə soyuducuda saxlayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır