İmmunitet üçün İsrail dietası – Menyu, reseptlər
17 MAY
743

İmmunitet üçün İsrail dietası – Menyu, reseptlər

Bu pəhriz İsraildə yaradılmış, bu ölkənin dietoloq və həkimlərinin tövsiyyələri nəzərə alınmış, artıq çəki və zəif immunitetə qarşı effektivdir. Səhhətində problem olanlar, tez-tez xəstələnənlər bu qidalanma metoduna əməl etsələr immunitetləri möhkəmlənər.
Tibb.fins.az adı dillər əzbəri olan İsrail pəhrizinin detallarını təqdim edir:
Burda əsas ərzaqların düzgün uzlaşdırılmasıdır. Buna əməl etdikdə maddələr mübadiləsi, həzm asanlaşır. 
Qaydalar:
-Süd və meyvələr ayrılıqda, ayrı vaxtlarda yeyilməlidir. 
-Yumurta, balıq, ət, pendir yanında mütləq tərəvəz və göyərti ilə qəbul edilməlidir. 
-Ət yanında kartof, xama, turşaşirin içkilər və meyvə şirələri olmaz
-Meyvə şirəsi yeməkdən ayrı vaxtda içilməlidir. Səhər yeməyində meyvə şirəsi olmaz
-Gündə azı 2 litr qazsız mineral su içmək
-Pəhriz zamanı hər gün eyni vaxtda yemək lazımdır.
-Qidalanma səhər 9-dan 17:00-a kimi olmalıdır. 
-Qalan saatlarda kefir, qatıq, yoqurt, meyvə qəbul edilə bilər
-Yeməklər, xörəklər suda və ya sobada bişirilməlidir. QIzartmaq olmaz
-Süd məhsulları aşağı yağlılıqda seçilməlidir
-Ağ çörək olmaz: tam taxıldan olmalıdır
-Tərəvəzlər çiy halda, salatlarda yeyilməlidir
-Səhər tezdən mütləq bir çay qaşığı zeytun yağı icilir. 
Gündəlik menyu nümunəsi:
-Səhər oyanan kimi yağ içilir
-15 dəqiqə sonra yoqurt yeyilir
-Səhər yeməyi: bişmiş yumurta, xiyar, qarabaşaq göyərti ilə, kəsmik, çay
-Qəlyanaltı: 300 qr meyvə
-Günorta yeməyi: Borş, balıq, salat, vineqret, kompot
-Saat 3-4-də: meyvə salatı və ya smuzi
-Axşam: çiy tərəvəz salatı, kəsmik, qoz, fındıq, balıq, suda bişmiş ət və s
-Saat 19:00-dan sonra:  Göyərti qatılmış qatıq və ya kefir, meyvə salatı, smuzi
Pəhrizə 10 gün riayət etmək lazımdır. 
Reseptlər:
Tərəvəz salatı:
İspanaq, qırmızı soğan, 5 ədəd pomidor, doğranılır. Bura bitki yağı ilə limon suyu əlavə olunur. 
Axşama meyvə salatı
Kivi, şaftalı, ərik, armud kubik formasında doğranılır. Bura portağaı suyu sıxılıb qarışdırılır
Smuzi necə hazırlanır:
Blenderdə 2 ədəd  kök, 2 banan, 2 alma, nanə və çox azca zəncəfil birlikdə keçirilir.
 
©Medicina

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır