Orucluqdan sonra qidalanma necə olmalıdır - Səhvlər, qaydalar
07 İYUN
179

Orucluqdan sonra qidalanma necə olmalıdır - Səhvlər, qaydalar

Ramazan ayı bitdiyi üçün oruc tutan şəxslər normal qidalanma rejiminə qayıdıb. Oruc tutan şəxslər günün böyük hissəsi ac qalıb, daha sonra iki dəfə qidalandığı üçün bağırsaq və həzm sistemində dəyişikliklər olur, balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır.
Bu səbəbdən orqanizmi birdən-birə yağlı və şirin qidalarla yükləmək olmaz. Mütəxəssislər də oruc tutan insanlara Ramazandan sonrakı mərhələdə düzgün qidalanmağı məsləhət görür.
Bəs bir ay boyunca balanssız qidalanan insanlar normal qida rejiminə qayıtmaq üçün nələr etməlidir? Onların menyusuna hansı qidaların daxil edilməsi orqanizmin çökməsinə səbəb olur?
Tibb.fins.az diyetoloq və bəslənmə uzmanı Huma Karabulutun oruc tutan insanlar üçün hazırladığı qızıl qaydaları təqdim edir:
1. Günə sağlıqlı bir səhər yeməyi ilə başlayın. Ramazan ayı boyunca yavaşlayan maddələr mübadiləsini sürətləndirmək üçün yumurta, pendir, qaynadılmış tərəvəz ilə günə başlaya bilərsiniz. Bundan əlavə, yulaf, süd, meyvə, qoz ilə başlayan yüngül səhər yeməyi orqanizmə müsbət təsir göstərir.
2. Gün içərisində qəbul edəcəyiniz qidanın qan şəkərinizin normada saxlamasına diqqət edin. Meyvə, süd məhsulları və ya qoz-fındıqla hazırlanmış balanslaşdırılmış qəlyanaltılar Ramazanda yavaşlayan metabolizmanı sürətləndirməyə kömək edəcəkdir.
3. Yağ və şəkər qəbulunu minumuma endirin. Şəkərli şirniyyatlardansa, süddən hazırlanmış qidalara üstünlük verin. Şirniyyat demək karbohidrat deməkdir. Bu da çox yüksək enerji istehlakıdır. Qəbul etdiyimiz şirniyyat məhsulları bədənimizdə yağ kimi toplanır, insulin mübadiləsini, həmçinin qaraciyərə, mədə və bağırsaqlara ziyan verir. Bütün bunları nəzərə alaraq şirniyyat yemə vərdişini məhdudlaşdırmaqda fayda var. 
Ətli və ağır xəmir yeməklərindənsə, tərəvəzlərdən hazırlanmış xörəklərlə qidalanılmalıdır. Tərəvəzli yeməklər həzm sistemini rahatladır. Liflə zəngin qidalar da yavaşlayan maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Bol xiyar, təzə və quru meyvələr, zeytun yağı ilə hazırlanan tərəvəzlər, şorbalar günlük lif qəbulunu tənzimləyir, bağırsaq və həzm sistemini rahatladır, qəbzliyin qarşısını alır.
4. Bol su için. Ramazan ayı boyunca su az istifadə edildiyi üçün orqanizmin su ehtiyacı artır. Hər saat 1 stəkan su içərək maddələr mübadiləsini və bədənin su ehtiyacını normaya sala bilərsiniz. Gün ərzində 3 litr su içmək lazımdır.
5. İdman etməyi də təxirə salmayın. Ramazan ayı boyunca alınan kilolardan isə gündə 30 dəqiqə yürüş və idman hərəkətləri edərək xilas ola bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır