Qaraciyər, dəri və damarları təmizləyən QARIŞIM
18 İYUN
279

Qaraciyər, dəri və damarları təmizləyən QARIŞIM

Həkim-naturopatlar sübut edir ki, bir çox qida məhsulları orqanizmə əsl təbii dərmanlar kimi təsir edir.

Belə məhsulların köməyi ilə orqanizmi sağlam və cavan saxlamaq, qocalma proseslərini ləngitək mümkündür.

Tibb.fins.az sizə orqanizmi çox yaxşı təmiləyən və cavanlaşdıran faydalı qarışımın reseptini təqdim edir. Rusiyalı həkim-naturopat Mariya Lozovskaya bu qarışımı "cavanlıq iksiri" kimi qiymətləndirir. Naturopatın fikrinə görə, iksiri içdikdən bir müddət sonra dəri təmizlənir və cavanlaşır, qaraciyərin fəaliyyəti yaxşılaşır, damarlar xolesterindən təmizlənir.

İksirin resepti:

- 100 qr limon şirəsi

- 200 qr təbii bal

- 50 qr keyfiyyətli zeytun yağı

Bal, limon şirəsi və zeytun yağı yaxşı qarışdırılır və hər gün yeməkdən əvvəl 1 x.q. olmaqla içilir. Qarışımı sərin yerdə (soyuducuda yox!) saxlayın.  

©Saglamolun

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır