18 July
11

Bu dəmləmə sizə arıqlamağa kömək edəcək - Resept

Artıq çəkidən xilas olunmaq üçün müxtəlif vasitələrdən istifadə olunur. Bu vasitələrdən biri xüsusi arıqladan çaylardır. Belə çaylar yüngül sidikqovucu təsir edir, orqanizmdən artıq mayeni xaric edir, maddələr mübadiləsi proseslərini stimullaşdırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır ki, nəticədə insan arıqlayır.

Arıqladan çayların reseptləri çoxdur. Saglamolun.az sizə belə reseptlərdən birini təqdim edirik. Bu reseptin müəllifi rusiyalı həkim naturopat (təbii vasitələrlə müalicə edən həkim) İnna Medvedevadır.

Tərkib:

- 2 x.q. qurudulmuş itburnu

- 1 limonun sedrası (sarı qabığı)

- 1 x.q. quru nanə

- 1 çimdik üyüdülmüş darçın

- 1 çimdik üyüdülmüş zəncəfil

Hazırlanması:

İtburnu meyvələri əzilir, limon sedrası sürtgəcin köməyi ilə soyulur. Bütün inqrediyentlər termosa tökülür, üzərinə 1 l isti su (qaynar yox!) əlavə olunur, 3-4 saat dəmlənilir, tənzifdən bir neçə dəfə süzülür, gün ərzində adi çay kimi içilir.

Hər gün yeni dəmləmə hazırlayın. Müalicə kursu - 7-10 gün.

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

113
TuranBankdan çoxfunksiyalı kart!
111
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
168
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI