18 July
14

Gilas meyvələrinin qəbulu qanı təmizləyir və arıqlamağa kömək edir

Dadlı, sulu və tərkibi vitaminlərlə zəngin gilas yayın ən sevimli meyvələrindəndir.

Tibb.fins.az bildirir ki, gilas meyvələri immuniteti artırmaq və orqanizmi zəhərli maddələrdən təmizləmək xüsusiyyətinə malikdir. Öd kisəsində olan daşların parçalanıb tökülməsində gilasın tərkibində olan turşu birləşmələrinin böyük rolu var. Orqanizmdə olan artıq mayeni, zərərli qidaları bədəndən xaric edir, qanı təmizləyir və bunun nəticəsində arıqlamağa kömək edir. Hisə verilmiş qidaların qəbulundan sonra bir ovuc gilas yeyilməsi qidanın zərərli maddələrinin xaric olmasına səbəb olur. Məhz həmin xüsusiyyətlərinə görə gilas "qaraciyərin dostu" sayılır.

Qəbizlik və öskürək zamanı da gilas çox faydalıdır. Arıqlamaq istəyənlərə onun meyvələri ilə qidalanmaq məsləhət görülür. Gilas ağacının qabığının dəmləməsi qızdırmanı aşağı salır. Meyvənin saplağını dəmləyib içmək sidikqovucu kimi müsbət təsir göstərir.

Qırmızı gilasın suyunun üz və boyun nahiyəsinə sürtülməsi dəridə olan qırışları açır və dərinin rəngi təmizlənir, təravətlənir.

azertac

Weather Icon
Bakı

seçilmiş FINS.AZ xəbərləri

129
TuranBankdan çoxfunksiyalı kart!
129
"İmtiyazlı əhali qrupunun sığorta haqqı dövlət tərəfindən ödəniləcək"
184
Rövnəq Abdullayev: "Biz Türkiyənin ikinci ən böyük qaz tədarükçüsünə çevrilmək əzmindəyik"

seçilmiş TURIZM.FINS.AZ xəbərləri

0
Gürcü xəngəli artıq BURC QALA'da - 1 MANAT
0
Azərbaycan daha bir beynəlxalq mükafata layiq görülüb
0
Fairmont Flame Towers'də Yeni İl Uşaq Ziyafəti - BİLETLƏR

DAHA ÇOX
görmək istəyirsiz?

ƏTRAFLI