Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI
22 İYUL
324

Hibiskus - Məkkə gülü çayının FAYDALARI - SİYAHI

Hibiskus çayı - xalq arasında Məkkə gülü kimi tanınan bitkinin sağlamlıq baxımından min bir faydası var. Qan təzyiqini aşağı salan bu bitkinin faydalarını saymaqla bitmir. Onun insan orqanizmi üçün çox faydalı olduğu elmi araşdırmalarla da sübut olunub. Ölkə.az oxucular üçün bu çayın faydalarını araşdırıb.

Hibiskus zökəm xəstəliyini müalicə edir, öskürəyi aradan qaldırmağa köməklik edir. Bu bitki sizin orqanizminizi həm xəstəliklərdən qoruyur, həm də orqanizminizi gümrah saxlayır. Hibiskus latın kəlməsi olaraq "bədən təravətləndirən və şəfa verən" kimi tərcümə olunur. Vətəni Mərkəzi Amerika olan bu bitki, sulu çöl torpaqlarında bitir. Onun çiçəyi mavi, qırmızı və ağ rənglərdə olur. Hibiskus müxtəlif adlarla tanınır: O, yapon gülü, nar çiçəyi, məkkə gülü, gülxətmi, əmbər çiçəyi kimi adlarla qarşınıza çıxa bilər. Bu bitki aşağıdakı xəstəliklərin müalicəsində mühüm rol oynayır:

Qan təzyiqini aşağı salır və xolesterolu stabilləşdirir;

Zökəm və öskürəyi müalicə edir;

Yeməkdən sonra içildikdə şəkər və karbohidratların qana sovrulmasını ləngidir. Bu da çəki atmağa kömək edir;
Qaraciyərin yağlanmasını və böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır;
Ağciyər və mədə xərçənginin yaranmasını əngəlləyir;
Antibakterial xüsusiyyəti sayəsində göbələyin əmələ gəlməsinə mane olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır