VitrFitness: Testosteron nədir?
15 AVQUST
287

VitrFitness: Testosteron nədir?

Testosteron androgen sinifinə aid və steroid hormon sayılan “kişilik” hormonudur. Testosteron hormonu kişilər və qadınlarda hasil olunan hormondur. Tibb.fins.az xəbər verir ki, qadınlarda, kişilərə nisbətən çox az testosteron hormonu hasil olunur. Eyni zamanda, kişilərdə də, estrogen, yəni qadınlıq hormonu daha az hasil olunur.

Testosteron, sümük və əzələlərin güclənməsini və inkişaf etməsini, cinsəl istəyin artmasını və digər “kişilik” xarakteristikalarının inkişaf etməsini təmin edir.

Yetkinlik dövründə libido və enerjinin yüksək olması, məhz testosteron hormonu ilə bağlıdır. Çünki, yetkinlik dövründə testosteron, daha çox hasil olunur.

Testosteron, 25 yaşdan sonra normal səviyyəyə düşməyə başlayır. 30 yaşdan sonra isə, azalmağa başlayır. 60 yaşında isə, kişilərin 20%-ində ən az səviyyənin altına düşür.

Tütün və spirtli içkilər, metabolik xəstəliklər, diabet, böyrək, qaraciyər və.s kimi xəstəliklər də, testosteronu azaldır. Testosteron səviyyəsini qorumaq üçün, bədən ağırlığınıza uyğun olaraq günlük kalori və protein qəbuluna diqqət edilməlidir.

Günlük, ağırlıq başına ən az 0,8 qram protein qəbul etmək lazımdır. Günlük yağ istifadəsinin az olması da, testosteron miqdarını azaldır. Bunun üçün, sağlam yağlardan istifadə etmək lazımdır.

Testosteronu artıran digər yollardan biri də, ayaq idmanıdır. Ayaq idmanı testosteronu artırır, amma bu artış, tək başına əzələ inkişafı üçün yetərli olmur. Nə qədər çox testosteron, bir o qədər çox güc və əzələ deməkdir. VitrFitness zalına gəlin və burada həm gözəl bədən fiqurasına sahib olun, həm də sağlam yaşamağı öyrənin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır