Dünya məşhurlarının seçimi KETODİETA – Arıqladır, xərçəng və demensiyaya qarşıdır
20 AVQUST
381

Dünya məşhurlarının seçimi KETODİETA – Arıqladır, xərçəng və demensiyaya qarşıdır

Son 2 ilin ən yaxşı, tez arıqladan, gün ərzində tox tutan, effektiv, həm də müalicəvi pəhrizi Ketogen dieta artıq bir çox məşhurların, ulduzların əməl etdiyi qidalanmadır və həkimlər də tövsiyyə edir.
 
Epilepsiya, Alsgeymer, xərçəng, bağırsaq xəstəlikləri və autizmdə effektiv olan, bunların qarşısını alan ketodieta 20 elmi araşdırma və tədqiqatın nəticəsində tibbin də tösiyyə etdiyi pəhrizlər siyahısındadır.
 
Bu aşağıkalorili dieta şişlərin böyüməsinin qarşısını alır, xərçəng hüceyrələrini ac saxlayır, orqanizmə qlükoza daxil olmasını əngəlləyir.
Profilaktik tibbə aid beynəlxalq dərgidə bildirilir ki, elmi tədqiqatlar sübut edib ki, ketodieta ömrü uzadır. 
 
Tibb.fins.az ketogen dietanın əsasını, hansı qidaların daxil olduğunu və necə saxlanıldığını təqdim edir.
 
Bu pəhrizdə orqanizmə yüksək miqdarda doymuş yağlar, protein və az miqdarda karbohidratlar daxil olur. Bu dieta nəticəsində orqanizmdə ketoz adlanan metobolik durum yaranır ki, bu zaman daha çox yağ, piy yandırılır.
 
Nələr yeyilir?
 
-Ət – quzu, qoyun, quş – yağsız, suda bişmiş, qrildə
-Balıq və dəniz məhsulları 
-Yumurta
-Yağlardan – kərə, zeytun, kokos, qaz yağı, avokado
-Göyərtilərdən: ispanaq, salat, sparja, brokkoli, kərəviz
-Tərəvəz: xiyar, pomidor, bibər, kələm, badımcan
-Göbələk 
-Pendir, kəsmik, yoqurt
-Çərəzin bütün növləri, tumlar
-Toxumalar- balqabaq,  çia, kətan, günəbaxan
-       Yaşıl lobya
 
Siz hər gün səhər, axşam, günorta bu qidalardan özünüzə bir boşqab qarışıq təam  hazırlayırsız.
Maye:
 
Su, yaşıl çay, qəhvə
 
 
Olmaz və ya çox az miqdarda olar: 
Giləmeyvə, kök, sarımsaq, soğan, süd, şəkər
 
Ketodietanın faydaları:
 
-Enerji artır, toxluq hissi yaranır
-Əhval yüksəlir
-Dəri, saçlar, xarici görünüş yaxşılaşır
 
© Medicina
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır