VitrFitness: Bu məşqləri etmək tövsiə olunmur!
30 AVQUST
393

VitrFitness: Bu məşqləri etmək tövsiə olunmur!

Artıq çəkidən əziyyət çəkən və məşqə yenicə başlayan insanlara HIIT məşqləri tövsiyə olunmur! Çünki bu məşqlər onların oynaqları, əzələləri və daxili orqanları, ələlxüsus ürəyi üçün zədə ilə nəticələn artıq yükdür! 

Tibb.fins.az xəbər verir ki, kardioməşqlər müəyyən edilmiş nəbz diapazonunda olanda öz effektini göstərirlər, odur ki, həmişə öz nəbzinizi yoxlayın və ona riayət edin.

Kardioməşq sizin maksimal nəbzinizdən 65%-85% arası olmalıdır. Məsələn, 30 yaşlı adam üçün nəbz diapozonu: təxmini dəqiqədə 123-162 ürək vurğuları. Əgər bu diapozdan həddindən aşağı məşq etsəniz, məşqlər öz nəticəsini verməyəcək, əgər çox məşq etsəniz- bu sizə zərər gətirə bilər.

 Müntəzəm mülayim kardioməşqlər orta yaşda olan, ürək - damar sistemini qorumaq istəyən hər kəs üçün lazımdır.
Əgər məqsədiniz - əzələ kütləsini artırmaqdırsa, onda kardioməşqlər tövsiyyə olunmur, ona görə ki, onların effekti hipertrofiyaya bir az qarşıdır. 

Kardioməşqləri 30-45 dəqiqə etmək məsləhətdir.

1 saatdan çox məşğul olmaq sizin əzələlərinizin yandırılmasına gətirib çıxara bilər.

Kardioməşqlər ilə məşğul olanda düzgün qidalanmağı unutmayın. Rasion az kalorili yeməkləri əhatə etməlidir, və vitaminlərlə, proteinlə, karbohidratlarla zəngin olmalıdır. Özünüzü yeməkdə çox məhdullaşdırıb ac qalmayın. Əks halda siz nəinki arıqlayacaqsız, həmçinin öz mədənizə zərər verib, immunetinizi aşağı salacaqsınız. Düzgün idman və tez bir zamanda gözəl bədən quruluşuna sahib olmaq istəyirsizsə VitrFitness zalına gəlin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır