Duz, istiot və limon ilə 6 xəstəliyin müalicəsi
23 SENTYABR
1394

Duz, istiot və limon ilə 6 xəstəliyin müalicəsi

Fins.az ölkə.az-a istinadən duz, istiot və limon ilə 6 xəstəliyin müalicəsini haqda yazını təqdim edir.

1. Boğazınızı müalicə etmək üçün 1 limonun suyu, bir az duz və qara bibərə ehtiyacınız olacaq. Bu üçünü qarışdırıb, çalxalayın. Bundan başqa soyuq sirkə ilə də boğaz qıcıqlanmasını aradan qaldıra bilərsiniz.

2. Öd kisəsi daşlarını aradan qaldırmaq üçün limon suyu və zeytun yağı qarışığını içməlisiniz.

3. Ürək bulanmanı aradan qaldırmaq və ya azaltmaq üçün bir stəkan suda qara bibəri qarışdırıb, bir az təzə limon suyu əlavə edin və yavaş-yavaş için. Limon suyunu su ilə yumşaldıb qarqara etmək də olar. Boğazdakı iltihab və yaralara qarşı da yaxşı təsir edəcək. Badamcıq iltihabı vəziyyətində, limonlu qarqaranın içinə duz da əlavə edin.

4. Arıqlamaq üçün bir stəkan suda 1/4 çay qaşığı qara bibəri, 2 yemək qaşığı limon suyunu və 1 yemək qaşığı balı yaxşıca qarışdırın və hər gün için.

5. Diş ağrısını aradan qaldırmaq üçün mixək yağı və qara bibəri qarışdırın. Əldə etdiyiniz qarışığı ağrılı hissəyə yedirin.

6. Qızdırmanı sağaltmaq üçün ballı isti çayınıza bir az limon suyu əlavə edin. Pambığa limon suyu əlavə edib, burun dəliklərinizə qoyun. Biraz keçdikdən sonra qızdırmanınızın endiyini görəcəksiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır