Dərmandan zəhərlənmələr 800-dən çox olub
13 OKTYABR 2016
375

Dərmandan zəhərlənmələr 800-dən çox olub

Yay mövsümündə ilan sancması ilə əlaqədar 82 nəfər, qara qurd sancması ilə əlaqədar isə 10 nəfər Klinik Tibbi Mərkəzə gətirilib.

Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. O bildirib ki, avqust-sentyabr aylarında zəhərli göbələklərdən zəhərlənmə ilə bağlı 5 nəfər mərkəzə müraciət edib. 

A. Maqsudov qeyd edib ki, bu ilin 9 ayı ərzində ümumilikdə 1730 nəfər müxtəlif zəhərlənmələrlə toksikologiya şöbəsinə müraciət edib və onlardan 1605 nəfər qəbul olunub. Zəhərlənənlərdən 244-ü dəm qazından, 74-ü spirtli içkidən, 823 nəfər isə dərmandan zəhərlənib. 

Şöbə müdirinin sözlərinə görə, toksikoloji zəhərlənmələrdən ölüm halı ötən illə müqayisədə bu il azalıb. Belə ki, ötən ilin 9 ayı ərzində 46 ölüm halı qeydə alınmışdısa, bu il ölüm göstəricisi 39 olub.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır