Dərmanların qiyməti artırıldı
28 NOYABR 2016
2173

Dərmanların qiyməti artırıldı

Sabahdan apteklərdə dərmanlar yeni qiymətlə satılacaq. Fins.az xəbər verir ki, Tarif Şurasının bu günki iclasında 300-dən artıq yeni dərman vasitəsinin satış qiymətləri təsdiq edilib.

Eyni zamanda indiyədək təsdiq olunan dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb. Şuranın bu qərarı 29 noyabr 2016-cı il tarixindən qüvvəyə minir.


Qərarlar və dərman vasitələrinin qiymətləri ilə bu linkdən tanış ola bilərsiz. 

(http://tariff.gov.az/documents/DVA.pdf

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır