Dərmanların qiyməti necə tənzimlənəcək? - TƏKLİF
15 DEKABR 2016
472

Dərmanların qiyməti necə tənzimlənəcək? - TƏKLİF

Tarif (qiymət) Şurası bir neçə adda dərman vasitələrinin qiymət siyahısını yeniləyib və apteklərdə həmin dərmanların qiymətində müəyyən artım müşahidə olunur.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Musa Quliyev hesab edir ki, Tarif (qiymət) Şurasının bu qərarı dolların məzənnəsindəki dəyişikliklə əlaqədardır.

Millət vəkili deyib ki, bu məsələnin həllini tapmaq lazımdır ki, daha çox tələbat olan dərmanların qiymətini sabit saxlamaq mümkün olsun.

Deputat bildirib:

“Təklif edirəm ki, 500 adda daha çox tələbat olan dərman vasitəsinin qiyməti sabit saxlanılsın, digərlərinin qiyməti sərbəst buraxılsın. Yəni, 500 adda dərmanın qiyməti tənzimlənsin və sahibkar 500 dərmanın deyil, digər dərman vasitələrinin satışından gəlir əldə etsin".

Mənbə Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır