Həkimlərin işə qəbulu ilə bağlı nazirlikdən – AÇIQLAMA
02 İYUN
661

Həkimlərin işə qəbulu ilə bağlı nazirlikdən – AÇIQLAMA

Azərbaycan Səhiyyə Nazirliyi ölkədə rezidentura təhsili almış həkimlərin işlə təminatı məsələsinə aydınlıq gətirib.

Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ilә kimi rezidenturaya daxil olmuş hәkim-mütəxəssislәr üçün təyinatda iştirak mütləq deyil. Rezidentura təhsilini müvəffəqiyyətlə başa vuran həkim-mütəxəssislərin təyinatın tarixləri barədə məlumatlandırılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytında yekun attestasiyadan qısa müddət sonra müvafiq elan yerləşdirilir. Təyinat zamanı həmin həkim-mütəxəssislərə iş yerləri təklif olunur. Lakin onlar təklif olunan vakant yerdə işləmək istəmədikdə həmin vakant yerdən imtina edə bilərlər. Bu halda yaxud təyinatda iştirak etmək istəmədikdə həkim-mütəxəssislər işlə tәmin olunmaq üçün ümumi qaydada Sәhiyyə Nazirliyinin rәsmi internet saytında yerləşdirilәn həkimlərin mərkəzlәşdirilmiş qaydada işə qəbulu ilə bağlı elanlar üzrә müsabiqəlәrdə iştirak edə bilәrlər.

Nazirlikdən bildirilib k, 2014-cü ildə və sonra rezidenturaya qəbul olunmuş həkim-mütəxəssislərin işlə təminatı isə 3 illik mütləq təyinat vasitəsilə həyata keçirilir. "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın 2.4-cü bәndinə әsasən dövlәt sifarişi әsasında rezidentura tәhsili almış şəxslər rezidenturanı bitirdikdәn sonra әmәk fәaliyyәtlәrini 3 il müddətindә Sәhiyyә Nazirliyinin göndərişinә əsasən dövlət sәhiyyә müəssisәlәrində davam etdirmәlidirlәr.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır