Dəmir yolu xəstəxanasının adı dəyişdi
14 İYUN
1515

Dəmir yolu xəstəxanasının adı dəyişdi

Azərbaycan Dövlət Dəmir Yolu Xəstəxanası adını dəyişdirib.

Belə ki, tibb müəssisəsi yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidmətinin "Bakı Dəmir Yolu Xəstəxanası" MMC-yə çevrilib.

Bundan başqa, Azərbaycan Dövlət Dəmir Yolu Xaçmaz Dəmir Yol Xətt Ambulatoriyası da adını dəyişdirib. Ambulatoriya yenidən təşkil olunaraq "Azərbaycan Dəmir Yolları" QSC Həkim-Sanitar Xidməti "Xaçmaz Dəmir Yolları Ambulatoriyası" MMC olub. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır