Azərbaycana idxal olunan dərmanlar ucuzlaşıb
03 AVQUST
264

Azərbaycana idxal olunan dərmanlar ucuzlaşıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının qiymətləri illik müqayisədə 20% aşağı düşüb.

Məlumata görə, birinci yarımillikdə ölkəyə idxal olunan əczaçılıq məhsulllarının 1 tonu üçün orta qiymət 16,46 min dollar olduğu halda, ötən ilin müvafiq dövründə bu göstərici 20,64 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin 6 ayı ərzində Azərbaycana 86 866,16 min dollar dəyərində 5 278,18 ton əczaçılıq məhsulu idxal olunub. 2016-cı ildə isə idxal həcmi 92 868,59 min dollar dəyərində olmaqla 4 498,74 ton təşkil edib. Beləliklə, əczaçılıq məhsullarının idxalı miqdar baxımından 17,33% artıb, dəyər baxımından isə 6,46% azalıb. 

Ölkənin cəmi idxalının 2,55%-i əczaçılıq məhsullarının payına düşüb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır