Azərbaycan Tibb Universitetində kardioloji aksiya keçirilir
16 AVQUST
213

Azərbaycan Tibb Universitetində kardioloji aksiya keçirilir

Avqustun 1-31-dək Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında kardioloji aksiya keçirilir.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, ödənişsiz həyata keçirilən aksiya çərçivəsində kardioloji şikayətləri olan xəstələr kardioloq və EKQ müayinəsindən keçmə imkanı əldə edəcəklər.

Əlavə məlumat üçün (050) 277 99 85; (050) 277 99 84; (012) 441 33 18 nömrəli telefonlarla əlaqə saxlamaq olar.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır