Talassemiya Mərkəzinin xərcləri büdcədə ayrıca nəzərdə tutulacaq
16 AVQUST
213

Talassemiya Mərkəzinin xərcləri büdcədə ayrıca nəzərdə tutulacaq

Nazirlər Kabinetinin yeni qərarına əsasən, Səhiyyə Nazirliyinin Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri gələn ildən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca nəzərdə tutulacaq. Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qərara əsasən, Səhiyyə Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alınaraq Respublika Talassemiya Mərkəzinin saxlanılması xərcləri 2018-ci ilin əvvəlindən etibarən dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində ayrıca sətirlə nəzərdə tutulacaq. Maliyyə və səhiyyə nazirliklərinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qeyd edək ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

© SİA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır