6 ayda 19 min litr qan tədarük olunub
17 AVQUST
124

6 ayda 19 min litr qan tədarük olunub

B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri müxtəlif tibb müəssisələrində və ayrı-ayrı tədbirlər zamanı təşkil edilən qanvermə aksiyalarında qan ehtiyatı yaratmağa çalışıblar.

Fins.az xəbər verir ki, bu ilin birinci yarımilində həmin məqsədlə paytaxt və regionlarda keçirilən aksiyalarda 21 min 406 donor iştirak edib. Könüllü qanvermə aksiyalarında 18 min 884 litr qan tədarük olunub.

Toplanan qan və qan komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olanların müalicəsində istifadə edilir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır