Lazer epilyasiyasının hüceyrələrə təsiri varmı?
18 AVQUST
574

Lazer epilyasiyasının hüceyrələrə təsiri varmı?

Kosmetoloq Daşdəmirova Kəmalə Fins.az – a lazer epilyasiyasının hüceyrələrə təsiri haqqında məlumat verib.

Bu prosesdə işıq dalğası ilə tüklər məhv olunur. Bu şüalar bütün hüceyrələrə təsir etmir, yalnız tüklərin dibində falekullarda yerləşən meleniüm hüceyrələri yüksək istilik nəticəsində parçalanır. Lazerlərin də bir çox növləri var. Bəziləri dərini düzləşdirmək üçün, bəziləri də tükləri təmizləmək üçün istifadə olunur. Tükləri təmizləmək üçün istifadə olunan lazerlərin şüa uzunluğu 700-800 nonometr aralığında olmalıdır.

Lazer epelasiyası ortalama olaraq hər 3 həftədən bir təkrar olunmalıdır. Hətta bu prosedura hamilə qadınlar və yeniyetmələr üçündə zərərsizdir. Yeniyetmə uşaqlar üçün məsləhət görülməsədə zərərsizdir.

Lazer epelasiyasının istənməyən fəsadları da ola bilər. Epelasiya edərkən dəri növünə diqqət etmək lazımdır. Əgər buna diqqət edilməzsə dəridə yanıqlar meydana gələ bilər. Qaydalara uyğun olaraq lazer epelasiyası edilsə heç bir zərəri olmaz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır