Göz rənginizi dəyişə bilərsiniz – AZƏRBAYCANDA İLK
18 AVQUST
529

Göz rənginizi dəyişə bilərsiniz – AZƏRBAYCANDA İLK

Göz rənginin dəyişdirilməsi əvvəllər mümkünsüz görünsə də hal- hazırda bu prosedurun Azərbaycanda tətbiqi mövcuddur. Oftalmoloq Nuridə Məmmədəliyevanın Fins.az-a verdiyi məlumata görə, gözün rəngi gözün rəngli qişasının tərkibində olan piqmentlərin sıxlığına əsasən təyin olunur. Gözün rənginin dəyişdirilməsi iki üsulla aparılır. Həkimin sözlərinə görə rəngverici təbəqə gözün rəngli qişasının ön hissəsinə yerləşdirilir.

Pasiyentin istəyindən asılı olaraq seçdiyi rəngli təbəqə qüzehli qişanın ön hissəsinə yerləşdirilir və üzvi olaraq gözün rəngi dəyişməsə də vizual olaraq pasiyentin seçdiyi rəngdə görünür. Onu da deyək ki ,ikinci üsul isə hal- hazırda tədqiqat dövrünü keçirir və bu üsul könüllülər üzərində tətbiq olunur. Oftalmoloq bildirdi ki, bu prosedur zamanı lazer şüaları vasitəsi ilə gözün qüzehli qişasına təsir edərək onun tərkibindəki piqment hüceyrələrinin sıxlığının dəyişdirilməsi sayəsində nail olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır