Azərbaycanda talassemiyalı xəstələrin müayinəsində yenilik ediləcək
21 AVQUST
139

Azərbaycanda talassemiyalı xəstələrin müayinəsində yenilik ediləcək

Azərbaycan Tibb Universitetinin (ATU) mütəxəssisləri talassemiyalı xəstələrdə dəmir yüklənməsinin aşkarlanmasında yeniliyə nail olublar. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək. ATU-nun Histologiya və Stomatologiya kafedralarının mütəxəssisləri talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini diş ətindən götürülmüş biopsiya ilə tədqiqin mümkünlüyünü müəyyən ediblər.

“Histologiya” kafedrasının müdiri, professor Eldar Qasımov bildirib ki, talassemiya irsi xəstəlikdir və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verir: “Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürülür. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə oluna bilər.Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunurlar. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir. ATU-nun mütəxəssisləri artıq bu bunu daha problemsiz üsulla müəyənləşdirməyə nail olublar”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır