Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU
28 AVQUST
70

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU

Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var:

Dişin strukturunun dəyişməsi
Dişin çəkilməsi
Karies
Damağın zədələnməsi
Yuxu zamanı dişqıcama sindromu
Yanlış müalicə edilmiş dişlər

Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə də dincələ bilir.

Bu halda təbii ki, ilk işimiz stomatoloq müayinəsindən keçmək olmalıdır. Lakin bəzən buna nə zaman, nə də imkan tapırıq. Hamilə qadınların isə bu həssas aylarda stomatoloji xidmətlərdən yararlanması bəzən mümkünsüz olur.

 

Milli.Az ev şəraitində diş ağrısından qurtulmağın ən sadə üsulunu təqdim edir.

Günün istənilən saatında bu məhləmi rahat istifadə edə bilərsiniz:
Bunun üçün yarım çay qaşığı mixək tozu və eyni miqdarda kokos yağı lazımdır. Yağla tozu qarışdırıb hazırlayacağınız məlhəmi gün ərzində 3 dəfə dış fırçasının köməyilə ağrılı dişinizin üzərinə sürtün. Diş ağrısından birdəfəlik qurtulun.

Sağlam olun!

©Publika

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır