Azərbaycan Tibb Universitetində daha bir radikal əməliyyat icra edilib
29 AVQUST
65

Azərbaycan Tibb Universitetində daha bir radikal əməliyyat icra edilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında fəsadlaşmış xərçəng şişinə görə böyük həcmli radikal əməliyyat icra edilib.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildirilib ki, şiş bir sıra orqanlara invaziya edərək vahid bir kütlə formalaşdırıb. Ciddi bitişmələr əmələ gətirən patologiya bütün çanaq boşluğunu doldurub, bağırsaq keçməzliyi, hematuriya, piuriya və intoksikasiyaya səbəb olub.

Beş ay əvvəl paytaxtın başqa bir klinikasında xəstəyə törəmə yerində saxlanmaqla palliativ asılqan trasverzostomiya əməliyyatı icra edilib. Sonrakı mərhələdə çoxsaylı cərrahlar və uroloqlar tərəfindən radikal əməliyyatın icrasından imtina edilib.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında doqquz saat davam edən əməliyyat uğurla nəticələnib və hazırda xəstə özünü yaxşı hiss edir.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır