Ölüm nöqtələrimiz hansıdı ? – ESTETİK ƏMƏLİYYATLAR - QİYMƏTLƏR
30 AVQUST
115

Ölüm nöqtələrimiz hansıdı ? – ESTETİK ƏMƏLİYYATLAR - QİYMƏTLƏR

Qadınlar üçün xoşbəxtliyin ən əsas amillərindən biri qüsursuz gözəlliyə sahib olmaqdır. Müasir dövrdə üz və bədən quruluşunda bəyənilməyən amilləri  dəyişdirmək heç də çətin deyil. Bunun üçün estetik cərrahlara müraciət etmək lazımdır. Hamımıza bəllidir ki, ölkəmizdə burun əməliyyatı geniş yaılıb. Suallarımızı cavablandırmaq üçün plastik cərrah Könül Rüstəmovaya müraciət etdik.  Fins.az müsahibəni təqdim edir.

1.Rinoplastika nədir?

Rinoplastika burunun əməliyyat vasitəsi ilə dəyişdirilməsidir.Ola bilsin ki, burun hansısa travma nəticəsində ilkin görkəmini itirib. İkinci isə burun pasiyentin üz quruluşuna uyğun gəlmir.

2.Burunda forma dəyişikliyinə səbəb nədir və nəfəsalmada problem varsa, bunu estetik əməliyyat zamanı etmək mümkündürmü?

Təbii ki, burunun formasını dəyişdirmə pasiyentin istəyi ilə bağlı olur.Burunun xarici görkəminin dəyişməsi  nəfəsalma, yəni çəpər əyriliyi ilə yanaşı gedirsə,tibbi göstəriş varsa sırf estetik əməliyyat mümükündür və lazımdır.

3.Burunda aktiv nöqtə, yəni el arasında deyildiyi kimi desək, ölüm nöqtəsinin olduğu deyilir . O nöqtəyə toxunulan təqdirdə pasiyentin həyatı üçün təhlükə yaranmır ki?

Bilirsinizmi orqanizmdə aktiv nöqtələr var. Lakin bu aktiv nöqtələr əsasən boyun və qulaq nahiyəsində yerləşir. Burunda isə bu cür aktiv nöqtələr yoxdur.

4. Ölkəmizdə bu əməliyyatı yerinə yetirən  türk həkimləri  əməliyyatı yerli həkimlərə nisbətən baha edir. Buna səbəb nədir?

Birinci həmin həkim kənardan gəlib.Həmin həkimin gəlməsi üçün klinikanın sərf etdiyi xərclər çox olur.Ona görə onlar əməliyyatı baha edirlər. Hər xaricdən gələn həkim sırf əməliyyat üçün gəlmir. Xaricdən gələn bəzi həkimlər təcrübə yığmaq üçün ölkəmizə gəlir , amma apardıqları əməliyyatın qiymətini qaldırırlar.

5. Çoxları bu əməliyyatı Türkiyədə etdirirlər. Buna səbəb nədir?

İnsanlar var ki , brendə üstünlük verdiyindən xaricə üz tuturlar.Bunu özləri üçün şərəf duyurlar.Bunu hamıya şamil etmək olmaz. Bəzi insanlar isə nə zamansa həkim səhlankarlığı ilə rastlaşıblar və bu baxımdan Türkiyəyə üz tuturlar. Onu da deyim ki, bir müddət insanlar plastik əməliyyatla əlaqədar  İran İslam Respublikasına üz tuturdular. Bu da orada əməliyyatın ucuz olması ilə əlaqədar idi. İndi həmin ölkəyə gediş hallarında azalma müşahidə olunur. Hal- hazırda ölkəmizdə plastik cərrahiyyə əməyyatını edən həkimlərimiz kifayət qədərdir və çox insan əməliyyatı ölkəmizdə etdirir.

6.Ay ərzində nə qədər burun əməliyyatı aparırsınız və bu əməliyyatın qiyməti neçəyədir?

Bilirsinizmi , müraciət edənlər çox olur. Ay ərzində azı 10 burun əməliyyatı edirəm. Bunun qiymətləri də fərqli olur.Əgər burun üzərində əməliyyat zamanı görüləcək iş azdırsa qiymət də aşağı olur.Çətin burun əməliyyatı narkozla edilir və qiyməti də ki 1400 manatdan aşağı olmur. Yüngül formalı əməliyyat isə yerli keyitmə vasitəsi ilə edilir və onun qiyməti 900 manat edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır